“Köln” Mönhenqladbaxdan məğlub ayrılıb

12-03-2020, 07:33           
“Köln” Mönhenqladbaxdan məğlub ayrılıb
Almaniya Bundesliqasında bir oyun keçirilib.

Apasport.az saytının məlumatına görə, günün yeganə matçı Mönhenqladbaxda baş tutub.

XXI turdan təxirə salınan görüşdə yerli “Borussiya” “Köln”ü qəbul edib. İlk yarıda hesabı açan meydan sahibləri ikinci hissənin ortalarında rəqib avtoqolu ilə üstünlüyünü artırıb. Qonaqlar matçın sonlarında bu toplardan yalnız birinin əvəzini çıxa bilib. Bu qələbə “Borussiya”nı 4-cü pilləyə daşıyıb.

Qeyd edək ki, XXVI turun oyunları martın 13-16-da keçiriləcək.
Almaniya Bundesliqası
XXI turdan təxirə salınan oyun
11 mart
“Borussiya” M – “Köln” - 2:1
Embolo, 32, Mere, 70 (avtoqol) – Ut, 81












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru