Ronaldo İtaliyaya qayıtmaq üçün xüsusi icazə alıb

12-03-2020, 02:44           
Ronaldo İtaliyaya qayıtmaq üçün xüsusi icazə alıb
"Yuventus"un hücumçusu Kriştianu Ronaldo komandanın düşərgəsinə qoşulmaqda problemlə üzləşib.

Apasport.az saytının məlumatına görə, bacısının doğum gününü qeyd etmək üçün Portuqaliyaya yollanan superulduz sabah İtaliyaya dönəcək.

Portuqaliya hökumətinin koronavirus xəstəliyinin sürətlə yayıldığı İtaliyaya uçuşları qadağan etməsi əfsanəvi oyunçunun işini çətinləşdirib. Lakin o, danışıqların yekununda şəxsi təyyarə ilə Turinə qayıtmaq üçün xüsusi icazə ala bilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru