İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu komandasının məşqlərinə qatılmaqdan imtina edib.
"Sky Italia" nəşri xəbər verir ki, hazırda ölkəsində olan portuqaliyalı hücumçu karantinə alınıb.
35 yaşlı forvard "Yuventus"dakı komanda yoldaşı Daniele Ruqanidə virus aşkarlandıqdan sonra təhlükəsizlik səbəbindən həkim nəzarəti altına götürülüb/Report.