Avropa Liqası: "Şaxtyor" və "Bayer" qələbə qazandı, "Vulverhempton" heç-heçə etdi - YENİLƏNİB

13-03-2020, 02:09           
Avropa Liqası: "Şaxtyor" və "Bayer" qələbə qazandı, "Vulverhempton" heç-heçə etdi - YENİLƏNİB
UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından daha 3-ü başa çatıb. "Report"un məlumatına görə, qarşılaşmaların ikisində qonaqlar qələbə qazanıbsa, biri heç-heçə ilə yekunlaşıb.

Ukrayna "Şaxtyor"u Almaniyada azarkeşsiz keçirilmiş görüşdə "Volfsburq"u məğlub edib - 2:1. Bu görüşlərdə tərəflər hərəyə bir penaltidən yararlana bilməyiblər.

Almaniyanın digər təmsilçisi "Bayer" Şotlandiyada "Reyncers" üzərində inamlı qələbə qazanıb - 3:1. Bu matçda isə Leverkuzen komandası qollarından ikincisini penaltidən vurub.

İngiltərə "Vulverhempton"u Yunanıstanda "Olimpiakos"la heç-heçəyə nail olub - 1:1. Qonaq komandadan Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun adı "18-liy"ə daxil edilməyib.

Qeyd edək ki, 1/8 final mərhələsinin digər oyunlarında İngiltərə "Mançester Yunayted"i Avstriyada LASK-ı 5:0, İsveçrə "Bazel"i Almaniyada "Frankfurt"u 3:0, "Başakşehir" isə Türkiyədə Danimarka "Kopenhagen"ini 1:0 hesabı ilə yenib.

"Sevilya" (İspaniya) - "Roma" (İtaliya) və "İnter" (İtaliya) - "Xetafe" (İspaniya) qarşılaşmaları isə koronavirus səbəbindən təxirə salınıb.

Avropa Liqası

1/8 final, ilk oyunlar

13 mart

00:00. "Reyncers" (Şotlandiya) - "Bayer" (Leverkuzen, Almaniya) - 1:3

Qollar: George Edmundson, 75 - Kay Haverts, 37 (pen.). Çarles Arangis, 67. Leon Beyli, 88

00:00. "Volfsburq" (Almaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 1:2

Qollar: Con Bruks, 48 - Junior Moraeş, 17. Markos Antonio Silva, 73

İstifadə olunmamış penaltilər: Vaut Veqhorts, 45+2 - Viktor Kovalenko, 22

00:00. "Olimpiakos" (Yunanıstan) - "Vulverhempton" (İngiltərə) - 1:1

Qollar: Yussef El-Arabi, 54 - Pedru Netu, 67

Qırmızı vərəqə: Ruben Semedu, 29 ("Olimpiakos")

Qeyd edək ki, cavab görüşləri martın 19-da olacaq.

*** 23:47

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk qarşılaşmalarından 3-ü başa çatıb.

"Report"un məlumatına görə, Türkiyənin yeganə təmsilçisi "Başakşehir" Danimarka "Kopenhagen"ini qəbul edib. İstanbul komandası Edin Vişçanın 88-ci dəqiqədə penaltidən vurduğu qolla qələbəyə nail olub - 1:0.

Digər oyunlarda İngiltərə "Mançester Yunayted"i Avstriyada LASK-ı 5:0, İsveçrə "Bazel"i isə Almaniyada "Ayntraxt"ı 3:0 hesabı ilə darmadağın edib. "Qırmızı şeytanlar" son 55 ildə avrokuboklarda ən böyük hesablı səfər qələbəsinə imza atıblar. Sonuncu dəfə "Mançester Yunayted" 1965-ci il Yarmarkalar Kubokunun 1/4 finalında Fransa "Strasburq"unu eyni hesabla yenib.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 00:00-da daha 3 görüşə start veriləcək. "Sevilya" (İspaniya) - "Roma" (İtaliya) və "İnter" (İtaliya) - "Xetafe" (İspaniya) görüşləri isə təxirə salınıb.

Avropa Liqası

1/8 final mərhələsi, ilk oyunlar

12 mart

21:55. "Ayntraxt" (Frankfurt, Almaniya) - "Bazel" (İsveçrə) - 0:3

Qollar: Samuele Kampo, 27. Kevin Bua, 73. Fabian Fray, 85
21:55. "Başakşehir" (Türkiyə) - "Kopenhagen" (Danimarka) - 1:0

Qol: Edin Vişça, 88 (pen.)

21:55. LASK (Avstriya) - "Mançester Yunayted" (İngiltərə) - 0:5

Qollar: Odion İqalo, 28. Daniel Ceyms, 58. Xuan Mata, 82. Meyson Qrinvud, 90+2. Andreas Pereyra, 90+3












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru