Həbibdən iddialı açıqlama: "Ferqyusonu məhv edəcəm, başqa yol yoxdu"

15-03-2020, 00:01           
Həbibdən iddialı açıqlama:
Həbib Nurməhəmmədov - Toni Ferqyuson döyüşü daha əvvəl bir neçə dəfə təxirə düşüb. İlk dəfə onlar 6 il əvvəl üz-üzə gələ bilərdilər.

Fanat.Az xəbər verir ki, yüngül çəki dərəcəsində UFC çempionu Həbib Nurməhəmmədov 6 il ərzində nələrin dəyişdiyindən bəhs edib:

"İllər ərzində çox inkişaf etmişəm. Artıq həm yerdə, həm də ayaq üstdə daha yaxşıyam. Hər döyüş təkmilləşməyə kömək edib və indi daha təcrübəli olduğumu deyə bilərəm. Son iki il ərzində bütün rəqibimlərin işini erkən bitirməyə çalışıram. Hamısını təslim olmağa, nokauta düşməyə məcbur edirəm.

6 il əvvəlki Həbiblə indiki Həbib arasında yerlə göy qədər fərq var. Bunun Ferqyusonla döyüşün nəticəsinə təsiri barədə sadəcə bir şey deyə bilərəm: onu məhv edəcəm, başqa yol yoxdu".

Həbib - Ferqyuson döyüşü UFC 249 çərçivəsində 18 apreldə keçirilməlidi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru