Ronaldu mehmanxanalarını pulsuz xəstəxanalar kimi istifadəyə verəcək - FOTO

15-03-2020, 11:08           
Ronaldu mehmanxanalarını pulsuz xəstəxanalar kimi istifadəyə verəcək - FOTO
"Yuventus” futbol komandasının hücumçusu Kriştianu Ronaldu Portuqaliyadakı mehmanxanalarını pulsuz xəstəxanalar kimi istifadəyə verəcək.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, portuqaliyalı xəstəxanalarda işləyəcək həkimlərə və digər işçilərə maaş da verəcək.

Qeyd edək ki, Ronaldu onunla eyni klubun üzvü olan Daniele Ruqanidə təsdiq edilmiş koronavirusa görə Turinə (İtaliyaya) qayıtmamağa qərar verib.

İtaliyanın Milli Olimpiya komitəsi A seriyasının matçları da daxil olmaqla, 3 aprelə qədər ölkədə bütün idman yarışlarının keçirilməsinə qadağa qoyub.

Qeyd edək ki, koronavirus ilk dəfə ötən ilin sonunda Çində qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru