Avro-2020-nin biletləri qaytarılır

18-03-2020, 01:58           
Avro-2020-nin biletləri qaytarılır
UEFA Avro-2020-nin oyunlarını izləmək üçün alınan biletlərin geri qaytarılacağının mümkün olduğunu açıqlayıb.

Qol.az xəbər verir ki, qitə futbol qurumunun məlumatında bildirilir ki, koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınan yarışı izləmək bir sıra azarkeşin planlarına uyğun gəlməyə bilər.

Bu səbəbdən bilet alan şəxslər istədiyi halda onu geri qaytara bilər. Qeyd olunub ki, əgər fanatlar 2021-ci ildə oyunlara gedə bilməsə, ödədikləri vəsait onlara tam şəkildə qaytarılacaq.

Xatıradaq ki, Avro-2020-nin oyunları 2021-ci il iyunun 11-dən iyulun 11-dək 12 şəhərdə, o cümlədən Bakıda keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru