İngiltərə Premyer Liqasının oyunları azarkeşsiz və neytral meydanda keçirilə bilər

18-03-2020, 09:31           
İngiltərə Premyer Liqasının oyunları azarkeşsiz və neytral meydanda keçirilə bilər
İngiltərə Premyer Liqasının rəhbərliyi çempionatın qala oyunlarını azarkeşsiz və neytral meydanda təşkil etmək imkanını nəzərdən keçirir.

KONKRET.az xəbər verir ki, qalan 92 matç ABŞ-ın Midlend şəhərində ola bilər. Belə olacağı təqdirdə bütün görüşlər canlı yayımlanacaq. Gün ərzində bir neçə oyunun baş tutması da mümkündür. Bu, Premyer Liqanın mövsümü başa çatdıra bilməməsi riski ilə əlaqədardır.

Bildirilib ki, bu cür qərar stadionlarda hakimlərin və polislərin sayını azaltmağa kömək edəcək.

Qeyd edək ki, İngiltərədə bütün futbol matçları koronavirusa görə aprelin 4-dək təxirə salınıb. UEFA AVRO-2020-nin 2021-ci ildə keçiriləcəyi ilə bağlı qərar verib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.