İspaniyada daha 3 futbolçu koronavirusa yoluxdu –Klubun 15 üzvü karantinə alındı

19-03-2020, 00:01           
İspaniyada daha 3 futbolçu koronavirusa yoluxdu –Klubun 15 üzvü karantinə alındı
İspaniyanın “Alaves” klubunun futbol və basketbol komandalarının üzvləri koronavirus testindən keçiblər.

“Report” La Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, ümumilikdə 15 nəfərin analizi müsbət nəticə verib. Onların adları açıqlanmayıb.

İnfeksiyaya yoluxanlardan 3-ü futbolçu, 7-si məşqçi, 5-i isə klub əməkdaşıdır. Onların heç birində müayinəyə qədər virusun simptomlarının olmadığı bildirilib.

Qeyd edək ki, daha əvvəl İspaniyanın “Valensiya” klubunun üzvlərinin 35 faizi koronavirusa yoluxub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru