PSJ-nin futbolçuları Fransanı tərk etdilər

19-03-2020, 00:03           
PSJ-nin futbolçuları Fransanı tərk etdilər
PSJ-nin braziliyalı futbolçuları Neymar və Tiaqo Silva Fransanı tərk ediblər.

Teref.az-ın məlumatına görə, “sambaçılar” koronavirus pandemiyasının bu ölkədə yayılmasını nəzərə alaraq, vətənlərinə yollanıblar.

Paris təmsilçisi sərhədlərin bağlanmasından əvvəl onların gedişinə icazə verib. Klub oyunçulara özlərini qorumaq imkanı yaradıb. Neymar və Silva ilə yanaşı, PSJ-nin daha bir neçə üzvünün Fransanı tərk etdiyi bildirilir. Braziliyalılardan yalnız Markinyoş Parisdə qalmağı üstün tutub. Klub məşqləri nə vaxt bərpa edəcəyini müəyyənləşdirməyib.

Qeyd edək ki, Fransa Liqa1-nin aprelin 15-dən tez bərpa olunması gözlənilmir.

Apasport.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru