Messi "Barselona"nı tərk edir?

19-03-2020, 02:35           
Messi "Barselona"nı tərk edir?
"Barselona"nın kapitanı Lionel Messi Kataloniya klubundan ayrıla bilər.

Teref.az İspaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı hücumçu komandanı tərk etmək barədə düşünür. Bildirilir ki, 32 yaşlı futbolçu klubun qərarlarından narazıdır. O, eyni zamanda "Barselona"nın son zamanlardakı oyun üslubunu və nəticələrini bəyənmir.

Bundan əlavə Messinin bəyəndiyi komandanın sabiq çalışdırıcısı Ernesto Valverdenin istefaya göndərilməsindən sonra oyunçu ilə klub rəhbərliyi arasında münasibətlər pisləşib.

Xəbərdə o da qeyd olunur ki, "Barselona" sabiq futbolçusu Neymarı geri qaytarması Messini ayrılmaq fikrindən daşındıra bilər.

Qeyd edək ki, L.Messinin "Barselona" ilə 2021-ci ilin yayına qədər müqaviləsi var. Onun müqaviləsində bu yay klubu öz istəyi ilə tərk etmək hüququnun olması ilə bağı bənd yer alıb. / Qol.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru