Futbol mövsümünün bərpası barədə danışmaq hələ tezdir – UEFA

21-03-2020, 00:00           
Futbol mövsümünün bərpası barədə danışmaq hələ tezdir – UEFA
Avropa Futbol Asossiasiyaları Birliyi (UEFA) hesab edir ki, futbol mövsümün bərpa olunmasının vaxtı ilə bağlı proqnoz vermək hələ tezdir.

Bu barədə qurumun rəsmi saytı xəbər verir.

Martın 17-də UEFA koronavirus pandemiyası səbəbindən Avropa çempionatını 2020-ci ilin yayından 2021-ci ilin yayına keçirmək qərarına gəlib. Çempionlar Liqası, Avropa Liqası və demək olar ki, Avropanın bütün milli çempionatları dayandırılıb.

Çin hakimiyyəti 31 dekabr 2019-cu ildə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) ölkənin mərkəzi hissəsindəki (Xubey əyaləti) Uhan şəhərində naməlum pnevmaniyanın yayılması haqqında məlumat verib.

Mütəxəssislər xəstəlik törədicinin koronavirus olduğunu müəyyənləşdirib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib. (Report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru