"Ronaldo dünyanın ən yaxşısıdır" - Pele

21-03-2020, 00:00           
"Ronaldo dünyanın ən yaxşısıdır" - Pele
Futbol kralı Pele hazırda dünyanın ən yaxşı futbolçusunun "Yuventus"lu Kriştianu Ronaldo olduğunu bildirib.

Apasport.az saytının məlumatına görə, braziliyalı canlı əfsanə Portuqaliya millisinin kapitanını hətta "Barselona"lı Lionel Messidən də üstün tutub.

80 yaşlı üçqat dünya çempionu bunu Ronaldonun stabilliyi ilə əlaqələndirib: "Düşünürəm ki, Kriştianu Ronaldo hazırda dünyanın ən yaxşısıdır. O, ən stabil oyunçudur. Ancaq təbii ki, Messini də unutmaq olmaz".

Pele futbol tarixinin ən yaxşısı kimi isə özünü göstərib: "Çətin sualdır. Ziko, Ronaldinyo, Ronaldo, avropalılardan Bekkenbauer, Kroyffu unutmamalıyıq. Bu mənim günahım deyil, ancaq fikrimcə, Pele hamısından yaxşı idi. Çünki onları mənimlə müqayisə edirlər".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru