Ronaldu izləyicilərinə koronavirusla bağlı müraciət etdi

21-03-2020, 03:36           
Ronaldu izləyicilərinə koronavirusla bağlı müraciət etdi
Turin "Yuventus”unun və Portuqaliya milli komandasının futbolçusu Kriştianu Ronaldu özünün "Twitter"dəki səhifəsində izləyicilərinə koronavirusun (COVID-19) yayılmasının qarşısının alınması üçün qaydalara əməl etmələrini xahiş edib.

“Report” xəbər verir ki, futbolçu hər kəsi özünü qorumağa çağırıb.

"Salam, uşaqlar. Sadəcə özümüzü və yaxınlarımızı qorumaq üçün hamımızın yerinə yetirməli olduğu addımlar haqqında kiçik məlumat və xatırlatma. Zəhmət olmasa özünüzü qoruyun”, - Ronaldu yazıb.

O, statusuna #evdəqal və #özünü qoru heşteqlərini də əlavə edib.

Ronaldu əsasən 6 qaydanı xatırladıb: 1. Əlləri spirt tərkibli vasitəylə tez-tez silin və ya sabunla yuyun. 2. Məsafə (minimum 1 metr) saxlayın. 3. Gözə, buruna və ağıza əllərinizlə toxunmayın. 4. Öskürən zaman ağzınızı dəsmalla və ya dirsək bükümü ilə örtün. 5. Yüksək temperatur, öskürək və ya çətin nəfəs alma zamanı həkimə mümkün qədər tez müraciət edin. 6. Xəbərləri izləyin və həkiminizin məsləhətlərinə əməl edin.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru