"Bavariya"nın futbolçusu koronavirusdan əziyyət çəkənlərə 1 milyon avro ayırıb

22-03-2020, 12:20           
"Bavariya"nın futbolçusu koronavirusdan əziyyət çəkənlərə 1 milyon avro ayırıb
Almaniyanın "Bavariya" və Polşa yığmasının hücumçusu Robert Levandovski koronavirusdan əziyyət çəkənlərə 1 milyon avro köçürüb.

Trend-in məlumatına görə, daha əvvəl Levandovskinin həmkarları Leon Qoreska və Yozua Kimmix koronavirus pandemiyası ilə mübarizə üçün eyni məbləğ ayırıblar.

"Biz hamımız yaranmış vəziyyətdən xəbərdarıq. Bu gün hamı bir komandada oynayır. Güclü olmaq lazımdır, əgər biz kiməsə kömək edə biliriksə, bunu mütləq etmək lazımdır", - 31 yaşli Levandovski deyib.

Robert Levandovski "Bavariya"nın heyətində beş dəfə Almaniya çempionu olub, iki dəfə ölkə kubokunu və üç dəfə Superkubokunu qazanıb. Oyunçu "Bavariya"ya heyətində iki dəfə Almaniya çempionu olduğu Dortmundun "Borussiya" klubundan keçib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru