Fatih Terimi koronavirusa kim yoluxdurub? - İDDİA

26-03-2020, 00:00           
Fatih Terimi koronavirusa kim yoluxdurub? - İDDİA
Məlum olduğu kimi "Qalatasaray" klubunun baş məşqçisi Fatih Terim koronavirusa yoluxub.

Unikal.org xəbər verir ki, təcrübəli mütəxəssisin testinin nəticəsi müsbət çıxıb və o dərhal xüsusi rejimli xəstəxanaya yerləşdirilib. Hazırda Terimin müalicəsi davam etdirilir. Türkiyə mediası 66 yaşlı baş məşqçinin bu virusa harada və necə yoluxması ilə bağlı bir sıra iddialar ortaya atıb. Belə ki, mətbuat iddia edir ki, Terim bu virusa "Qalatasaray"ın rəsmisi Abdurrahim Albayrakdan yoluxub. Klub rəsmisinin həyat yoldaşı Şükran Albayrak həmin ərəfələrdə xarici ölkədən gəlib və onda da koronavirus testinin nəticəsi müsbət çıxıb.

"Beşiktaş" klubu ilə son oyunda Terimin ən çox təmasda olduğu şəxs məhz Abdurrahim Albayrak olub. Rəqib "Beşiktaş"ın bütün heyətinin koronavirus testi mənfi çıxmışdı və Türkiyə mediasının ortaya atdığı iddiaya görə, Terimin Albayrakla yaxınlığı onun bu virusa tutulmasına səbəb olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru