Əfsanəvi boksçunun başı dərddədir – 3 həftədə 3 ağır xəbər

5-04-2020, 18:11           
Əfsanəvi boksçunun başı dərddədir – 3 həftədə 3 ağır xəbər
Əfsanəvi boksçu Floyd Meyvezer həyatının ən çətin günlərini yaşayır.

Yenisabah.az xəbər verir ki, amerikalı boksçu 3 həftə ərzində ard-arda aldığı 3 ağır xəbərlə sarsılıb. 20 gün əvvəl uşaqlarının anası olan keçmiş həyat yoldaşı Josie Harrisi itirən məşhur boksçu aradan bir həftə keçəndən sonra məşqçisi olan əmisi Roger Meyvezerin ölüm xəbəriylə kədərə qərq olub.

Bu gün isə Meyevezerin 19 yaşlı qızı İyanna polis tərəfindən həbs olunub. Gənc İyanna sevgilisinin keçmiş arvadı Lapattra Jokobsu bıçaqlamaqda günahlandırılır.

2020-ci ildə yenidən peşəkar boksa dönəcəyi gözlənilən Meyvezerin ard-arda aldığı bu ağır xəbərlərdən sonra qərarından daşındığı bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru