Həbib Nurməhəmmədov aprelin 18-də UFC turnirində iştirak etməyəcək

6-04-2020, 08:06           
Həbib Nurməhəmmədov aprelin 18-də UFC turnirində iştirak etməyəcək
UFS çempionatının rəhbəri Deyna Vayt 18 apreldə keçiriləcək UFC 249 turnirində rusiyalı Həbib Nurməhəmmədovun iştirak etməyəcəyini xəbər verib.

Trend-in məlumatına görə, bu barədə D.Vayt "Twitter" səhifəsində yazıb.

"Turnir baş tutacaq, amma Həbibsiz. Sabah döyüşlərin siyahısını açıqlayacağam", - UFS-nin rəhbəri bildirib.

Turnirin keçiriləcəyi yer hələ açıqlanmayıb. Daha əvvəl yarışın Nyu-Yorkda keçiriləcəyi güman edilirdi, lakin koronavirusla bağlı vəziyyətə görə təxirə salındı. Turnirin əsas döyüşü H.Nurməhəmmədovun amerikalı Toni Fergüsona qarşı dueli idi. Rusiyalı döyüşçü əvvəlcədən turnirin keçiriləcəyi yeri bilmədiyi təqdirdə iştirak etməyəcəyini bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru