"Qarabağ" ÇL-da bu 4 komandadan biri ilə görüşəcək

9-08-2020, 00:15           
"Qarabağ" ÇL-da bu 4 komandadan biri ilə görüşəcək
"Qarabağ" klubunun UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 4-ə enib.

Teref.az Report-a istinadən xəbər verir ki, təmsilçimiz "Dinamo" (Brest, Belarus), "Riqa" (Latviya), "Tirana" (Albaniya) və ya "Sileks" (Şimali Makedoniya) komandalarından birinə rəqib olacaq. Bu rəqiblər nisbətən aşağı reytinqlilərin yer aldığı səpələnməmişlər səbətindən seçiləcək. Ağdam klubu isə daha yüksək reytinqlilərdən ibarət səpələnmişlər səbəbində olacaq.

Qeyd edək ki, avqustun 9-da İsveçrənin Nyon şəhərində təşkil olunacaq püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.