Sumqayıtdakı tarixi oyunun başlama saatı məlum oldu

12-08-2020, 00:01           
Sumqayıtdakı tarixi oyunun başlama saatı məlum oldu
Avqustun 27-də Sumqayıt şəhərində tarixi hadisə gerçəkləşəcək.

Sport7.az xəbər verir ki, əvvəllər bu şəhərdə müxtəlif beynəlxalq oyunlar keçirilsə də, Sumqayıtı təmsil edən komanda ilk dəfə avrokubok qarşılaşmasına çıxacaq.

Bu şərəfə "Gənclik şəhəri”nin eyniadlı təmsilçisi Azərbaycan Premyer Liqasında 4-cü pilləni tutmaqla nail olub.

Artıq "Sumqayıt”ın Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi də bəllidi. "Sumqayıt" bu tarixi görüşdə Şimali Makedoniyanı təmsil edən "Şkendiya” komandasını qəbul edəcək.

Qarşılaşmanın start fiti avqustun 27-də saat21:00-da səslənəcək.

Qeyd edək ki, həmin gün "Keşlə” – "Laçi”ni, "Neftçi”isə "Şkupi"ni qəbul edəcək. "Keşlə”nin oyunu "Sumqayıt”la eyni saatdadısa, "Neftçi” – "Şkupi” qarşılaşması bir saat tez başlayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru