"Qarabağ" məşhur İtaliya klubunun qapıçısını transfer edir

12-08-2020, 00:04           
"Qarabağ" məşhur İtaliya klubunun qapıçısını transfer edir
Çempionlar Liqasına hazırlaşan “Qarabağ“ klubu növbəti transfer yolunda önəmli addım atıb.

Teref.az xəbər verir ki, Ağdam klubu Vid Beletslə danışıqları bitirmək üzrədir.

Ötən mövsümü icarə əsasında APOEL-də keçirən qapıçı müqavilə ilə məxsus olduğu “Sampdoriya”ya qayıdıb. İtaliya klubu sloveniyalının Azərbaycana gəlməsinə razılığını verib.

Vidin özü də bu təklifə müsbət yanaşıb. Hazırda tərəflər 2+1 illik müqavilə şərtlərinin son detallarnı müzakirə etməkdədir.

Keçən sezon III təsnifat mərhələsində Nikosiyada “Qarabağ”a 1:2 hesabı ilə məğlub olmasına baxmayaraq, Bakıda 2:0 hesablı qələbə qazanan APOEL növbəti mərhələyə adlayıb. Bu komandalar Avropa Liqasının qrupunda da rəqib olub və APOEL yenə üstün çıxış edib (2:2, 2:1).

Kipr təmsilçisinin bu qarşılaşmalarda məqsədinə çatmasının əsas səbəbkarlarından biri Vid Belets, digəri Uroş Matiçdir. “Qarabağ“ serbiyalı yarümmüdafiəçini artıq rəsmən heyətinə qatıb, indi növbə 30 yaşlı qolkiperindir.

Qurban Qurbanov onu hələ 2019-cu ilin yayında bura gətirmək istədiyini də bildirək. Onda İbrahim Şehiçin dönüşü gündəmə gəldiyindən, baş məşqçi ümidini yaxşı tanıdıığı bosniyalıya bağlamışdı. Fəqət İbrahim “Erzurumspor“da qalmağı üstün tutdu, “Sampdoriya“ da Vidi APOEL-ə icarəyə verdi.

Yaxınlarda Vid üçün vida mətni hazırlayan Kipr klubu onun ən böyük uğuru kimi Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la matçdakı qurtarışını göstərib:

“Belets Bakıdakı görüşün 42-ci dəqiqəsində Abdullah Zubirin yüz faizlik qol zərbəsini dəf etməklə rəqibi dayandırdı, APOEL-i isə qrupa daşıyaraq kluba milyonlarla avro qazandırdı. Onun APOEL-ə nələr bəxş etdiyini məhz həmin epizod göstərir”.(Sportinfo.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru