Hazırlaşın – Toplanış keçməyən hakimlər oda atılır
12-08-2020, 23:03

AFFA Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədriFrits Stuxlik ötən həftə Bakıya gəlsə də, mövsümöncəsi təlim-məşq toplanışındanxəbər yoxdu.
Premyer Liqanınavqustun 21-də başlayacağını nəzərə alsaq, ədalət təmsilçiləri bu məsələdəgecikir.
Bununla bağlı "Futbol+” qəzetinin əməkdaşları AFFA-nınMətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqəsaxlayıb.
AFFA rəsmisi hakimlərin toplanışın olmayacağınısöyləyib: "Hakimlər gündəlik məşqlərlə kifayətlənəcəklər. Onlar üçün təlim-məşqtoplanışı olmayacaq. Ədalət təmsilçiləri bu həftə ərzində hər gün, gələn həftəcəmi 5 gün məşq edəcəklər. Premyer-liqa başlayandan sonra isə həftədə üç dəfəStuxlikin rəhbərliyi altında məşqə çıxacaqlar”.
6 aya yaxındı oyun idarə etməyən, təlim-məşq toplanışı keçməyən, koronavirus pandemiyası səbəbindan maddi sıxıntılar içində yaşayan hakimlərimizin Premyer Liqa oyunlarında hansı səviyyəli idarəçilik göstərəcəyini indidən təxmin etmək çətin deyil. Kaş ki, bu ehtimalımız doğrulmasın.