Çempionlar Liqasının ikinci yarımfinalçısı məlum oldu

14-08-2020, 08:55           
Çempionlar Liqasının ikinci yarımfinalçısı məlum oldu
Avqustun 13-də UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin ikinci qarşılaşması keçirilib.

Publika.az xəbər verir ki, Lissabondaki “Estadio Jose Alvalade” stadionunda oynanılan görüşdə “Leyptsiq” (Almaniya) və “Atletiko Madrid” (İspaniya) komandaları üz-üzə gəlib.

Gərgin keçən oyunun ilk hissəsində hesab açılmayıb.

Fasilədən sonra “Leyptsiq” hesabı açıb. Görüşün 50-ci dəqiqəsində Marsel Sabitserin cinah ötürməsindən sonra Dani Olmo qapıya dəqiq zərbə vurub. Qarşılaşmanın 71-ci dəqiqəsində madridlilər hesaba tarazlıq gətirib. Hakimin təyin etdiyi penaltini yenicə meydana çıxmış Joao Feliks səhvsiz yerinə yetirib. Matçın başa çatmasına üç dəqiqə qalmış “Leyptsiq” yenidən hesabda önə keçib. Tyler Adamsın uzaq məsafədən vurduğu zərbə rəqibin müdafiəçisinə dəyib və istiqamətini dəyişib. Bu zərbəni dəf etmək “Atletiko”nun qapıçısı Yan Oblak üçün çətin olub. Qalan dəqiqələrdə Madrid təmsilçisinin qol vurmaq şansı olsa da, hesab dəyişməyib və “Leyptsiq” qitənin ən nüfuzlu klub turnirinin yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Almanlar növbəti mərhələdə “Paris Sen-Jermen” (Fransa) klubu ilə üz-üzə gələcək.

Dörddəbir final mərhələsinin digər oyunlarında “Barselona” (İspaniya) - “Bavariya” (Almaniya) və “Mançester Siti” (İngiltərə) - “Lion” (Fransa) üz-üzə gələcəklər. Həmin oyunlar isə müvafiq olaraq avqustun 14-15-də təşkil olunacaq.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının qarşılaşmaları “8-lər finalı” formatında Portuqaliyanın paytaxtı Lissabonda oynanılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru