Müller: "Messini saxlaya bilərik"

14-08-2020, 08:57           
Müller: "Messini saxlaya bilərik"
"Bavariya"nın hücumçusu Tomas Müller Çempionlar Liqasının 1/4 finalında "Barselona"ya qarşı keçirəcəkləri oyundan danışıb.

Fanat.Az xəbər verir ki, oyunçu "Marca"ya (Marka) bunu deyib:

"Sabah iki topa sahib olmağı sevən komanda qarşılaşacaq. Biz top rəqibdə olanda da yaxşı oynamaq, "Barselona"nın işini çətinləşdirmək, onu geri qaytarmaq istəyirik. Messini saxlamaq olar. Bütün komanda müdafiə olunsa, öhdəsindən gələ bilərik".

"Barselona" - "Bavariya" oyunu bu gün Bakı vaxtı ilə 23:00-da keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru