Nəbiyev qol vurdu, komandası növbəti mərhələyə yüksəldi

16-08-2020, 00:00           
Nəbiyev qol vurdu, komandası növbəti mərhələyə yüksəldi
Çexiya kubokunda 2020/21 mövsümünə start verilib.

Qol.az xəbər verir ki, gənclər millimizin üzvü Fərid Nəbiyevin çıxış etdiyi “Viktoriya” (Jijkov) kubokun ilk oyununda səfərdə “Union Beroun”la qarşılaşıb. Matç qonaq komandanın 4:0 hesablı qələbəsi ilə başa çatıb

Fərid də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan 21 yaşlı yarımmüdafiəçi 18-ci dəqiqədə komandasının 2-ci qolunun müəllifi olub.

Qeyd edək ki, bu qələbə ilə "Viktoriya" növbəti mərhələyə yüksəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru