"Bir gün yarımfinala çıxacağıq" - Qvardiola

16-08-2020, 10:42           
"Bir gün yarımfinala çıxacağıq" - Qvardiola
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 1/ 4 finalında “Lion”a 1:3 hesabı ilə məğlub olaraq turniri tərk etdikləri matçdan sonra oyun haqda fikirlərini bölüşüb.
Qol.az xəbər verir ki, 49 yaşlı mütəxəssis bunları deyib:

“Bir gün yarımfinala çıxacağıq. Bəzən sadəcə bu maneəni keçmək lazımdır. Bir neçə ildən sonra komanda buna layiq idi. Oyunun ilk 20-25 dəqiqəsində hücum etmək üçün boşluq tapa bimirdik. İkinci hissədə isə hər şey yaxşı idi. Hiss edirdim ki, rəqibdən daha güclüyük. Ancaq bu turnirdə mükəmməl oynamalısan. Çox çalışdıq. Amma bu, növbəti mərhələyə vəsiqə qazanmaq üçün kifayət etmədi. Əsas məqamlarda cərimə meydançasının daxilində səhvlər etdik. Rahim Sterlinqin topu qapının üstündən vurduğu epizodda hesabı bərabərləşdirmək şansımızı əldən verdik. Çünki oyunu əlavə vaxta aparmaq üçün qol vurmalısan. Amma biz 3-cü topu da buraxdıq. Beləliklə, hər şey başa çatdı. Biz daha çox şans yaradırdıq, daha çox zərbə vururduq. Lakin sonda məyus olduq. İndi istirahətə yollanırıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru