"Mançester Siti"-də rəsmi ayrılıq

17-08-2020, 00:22           
"Mançester Siti"-də rəsmi ayrılıq
"Mançester Siti" UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində Lyon-a 1:3 hesabı ilə məğlub olaraq, turnirdə mübarizəni dayandırıb.

Teref.Az goal.az-a istinadən xəbər verir ki, bu, "şəhərlilər"in futbolçusu David Silvanın klubdakı son oyunu olub.

Bir müddət əvvəl Silva klubla mövsümün sonunda bitən müqaviləsini yeniləmədiyini açıqlamışdı. Fransa klubu ilə oyundakı məğlubiyyətlə Silvanın "Mançester Siti"-dəki 10 illik karyerası başa çatıb. İspaniyalı futbolçu "Mançester Siti"-yə 2010-cu ildə "Valensiya"dan transfer olunmuşdu.

34 yaşlı futbolçunun "Lazio"ya transfer olunacağı gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru