FIFA milli komandaların oyun cədvəlindəki dəyişiklikləri açıqladı
18-08-2020, 23:33
FIFA koronavirus pandemiyası səbəbindən milli komandaların oyun cədvəlində müəyyən düzəlişlər edib.
Qazet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, UEFA istisna olmaqla, bütün konfederasiyalar üçün beynəlxalq oyunlar pəncərəsi 31 avqust – 8 sentyabr tarixlərindən 2022-ci ilin 24 yanvar – 1 fevral tarixlərinə təxirə salınıb.
Afrika Millətlər Kuboku 2022-ci ilin yanvarında keçiriləcək. Dəqiq tarix sonrakı mərhələdə müəyyənləşəcək.
Mərkəzi Amerika və Karib hövzəsi ölkəri Futbol Konfederasiyasının (CONCACAF) təşkil etdiyi Qızıl Kubokun ilkin mərhələsi 2021-ci il 2 – 6 iyulda, final mərhələsi isə 10 iyul – 1 avqust tarixlərində olacaq.
Həmçinin bu ilin 22 iyul – 7 avqust tarixlərində keçirilməsi planlaşdırılan qadınlar arasında Olimpiya Futbol Turnirinin vaxtı dəyişdirilib. Yarış 2021-ci 21 iyul – 6 avqustda keçiriləcək. UEFA-dan başqa, bütün konfederasiyalarda milli komandaların 14 – 22 sentyabra nəzərdə tutulan beynəlxalq oyunlar pəncərəsi ləğv edilib.