“Liverpul”la “Porto” Çempionlar Liqasının 1/8 finalına yüksəlib

2-12-2020, 05:40           
“Liverpul”la “Porto” Çempionlar Liqasının 1/8 finalına yüksəlib
Çempionlar Liqasında V tur başlayıb.

Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 8 oyun keçirilib.

A, B, C və D qruplarında matçlar baş tutub. Turnirin son qalibi “Bavariya” 1-ci yeri təmin etdiyi A qrupunda “Atletiko” ilə heç-heçə edib. “Lokomotiv” isə “Zalsburq”a məğlub olub.

“Şaxtyor” “Real”ı ikinci dəfə məğlub etməklə B qrupunda 2-ci pilləyə yüksəlib. Mönhenqladbax “Borussiya”sı “İnter”ə uduzsa da, liderliyini qoruyub. B qrupunda son tur ərəfəsində bütün komandalar 1/8 final şansını saxlayıb.

“Porto” ilə üz-üzə gələn “Mançester Siti” ilk xal itkisinə üzülüb. Bu nəticə ingiltərəlilərə C qrupunun qalibi adını qazandırıbsa, “Porto” 1/8 finala vəsiqəni təmin edib. Autsayderlərin görüşündəki “Marsel” “Olimpiakos”u üstələyib.

D qrupunun lideri “Liverpul” “Ayaks” üzərində qələbə ilə 1/8 finala vəsiqəni təmin edib. “Atalanta” qrup sonuncusu “Midtülland”la heç-heçə oynayıb.

Çempionlar Liqası
Qrup mərhələsi
V tur
1 dekabr

A qrupu
21:55. “Lokomotiv” (Rusiya) - “Zalsburq” (Avstriya) - 1:3
Mirançuk, 79 (pen.) - Berişa, 28, 41, Adeyemi, 81
00:00. “Atletiko” (İspaniya) - “Bavariya” (Almaniya) - 1:1
Joao Feliks, 26 - Müller, 86 (pen.)

B qrupu
21:55. “Şaxtyor” (Ukrayna) - “Real” (İspaniya) - 2:0
Dentinyo, 57, Solomon, 82
00:00. “Borussiya” (Mönhenqladbax, Almaniya) - “İnter” (İtaliya) - 2:3
Plea, 45+1, 76 - Darmian, 17, Lukaku, 64, 73

C qrupu
00:00. “Marsel” (Fransa) - “Olimpiakos” (Yunanıstan) - 2:1
Payet, 55 (pen.), 75 (pen.) - Kamara, 33
00:00. “Porto” (Portuqaliya) - “Mançester Siti” (İngiltərə) - 0:0

D qrupu
00:00. “Liverpul” (İngiltərə) - “Ayaks” (Niderland) - 1:0
Cons, 58
00:00. “Atalanta” (İtaliya) - “Midtülland” (Danimarka) - 1:1












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru