“Arsenal” “Nyukasl”ı darmadağın etdi

19-01-2021, 07:59           
“Arsenal” “Nyukasl”ı darmadağın etdi
İngiltərə Premyer Liqasının 19-cu turunda London “Arsenal”ı öz meydanında “Nyukasl”ı qəbul edib.

Publika.az xəbər verir ki, görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qalıb komandanın heyətində Pyer-Emerik Obameyanq dubla imza atıb, daha bir qolu Bukayo Saka öz hesabına yazıb.

Beləliklə, “Arsenal” 27 xal toplayaraq, turnir cədvəlinin 10-cu pilləsinə yüksəlib. Aktivində 19 xalı olan “Nyukasl” isə 19-cu yerdə qərarlaşıb.

Turnirin növbəti turunda, yanvarın 26-da “Arsenal” səfərdə “Sautqempton”un qonaqı olacaq, “Nyukasl” isə bundan üç gün sonra səfərdə “Aston Villa”ya qarşı oynacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru