Levandovski klublararası dünya çempionatının ən yaxşı oyunçusu seçildi

12-02-2021, 07:54           
Levandovski klublararası dünya çempionatının ən yaxşı oyunçusu seçildi
"Bavariya"nın polşalı hücumçusu Robert Levandovski klublararası dünya çempionatının ən yaxşı oyunçusu adlandırılıb.

“Report” xəbər verir ki, bu barədə “The Guardian” bildirib.

Qeyd edilir ki, çempionatda ikinci yeri Meksikanın "Tiqres" komandasının hücumçusu Andre-Pyer Jinyak tutub. Siyahıda üçüncü yerdə isə "Bavariya"nın yarımmüdafiəçisi Yozua Kimmix qərarlaşıb.

Qeyd edək ki, dünən Qətərdə keçirilən klublararası dünya çempionatının finalında Almaniyanın "Bavariya" və Meksikanın "Tiqres" komandaları üz-üzə gəlib. "Edukeyşn Siti" stadionunda baş tutan qarşılaşma Münhen klubunun minimal hesablı qələbəsi ilə başa çatıb. Avropa təmsilçisinə tarixində 2-ci dünya çempionluğunu qazandıran qolu 61-ci dəqiqədə Benjamin Pavar vurub.

"Bavariya" tarixində ikinci dəfə klublararası dünya çempionatının qalibi olub. Komandanın birinci çempionluğu 2013-cü ildə olub. Həmin vaxt almanlar yarışın finalında Mərakeşin “Raca” klubuna 2:0 hesabı ilə qalib gəliblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.