Teymur Rəcəbov 3-cü yer uğrunda görüşün ilk günündən qalib ayrıldı

14-02-2021, 00:14           
Teymur Rəcəbov 3-cü yer uğrunda görüşün ilk günündən qalib ayrıldı
Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun III mərhələsində Azərbaycan şahmatçısı Teymur Rəcəbov fransalı Maksim Vaşye-Laqravla 3-cü yer uğrunda görüşlərin ilk günündən qalib ayrılıb.

"Report"un məlumatına görə, tərəflər bu gün dörd dəfə üz-üzə gəliblər. İlk partiyada heç-heçə qeydə alınıb - 0,5:0,5. Növbəti partiyada Rəcəbov ağ fiqurlarla qalib gəlib. Lakin üçüncü dueldə Vaşye-Laqrav üstün olub. Bununla belə, Azərbaycan təmsilçisi dördüncü qarşılaşmada rəqibini təslim edərək, günü 2,5:1,5 hesablı üstünlüklə tamamlayıb.

Tərəflər fevralın 14-də də üz-üzə gələcəklər. İkinci oyun günündə Rəcəbov ən azı heç-heçəyə nail olsa, turniri 3-cü pillədə başa vuracaq.

Qeyd edək ki, norveçli Maqnus Karlsenlə ABŞ şahmatçısı Uesli So arasındakı final görüşünün ilk günündə qalib müəyyənləşməyib - 2:2 (0,5:0,5; 1:0; 0,5:0,5; 0:1).

Qeyd edək ki, ikinci oyun gününə sabah saat 20:00-da start veriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru