“Mançester Yunayted” büdrəyib, "Arsenal" qalib gəlib

15-02-2021, 07:33           
“Mançester Yunayted” büdrəyib, "Arsenal" qalib gəlib
İngiltərə Premyer Liqasında XXIV tur davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün daha 4 oyun keçirilib.

Ortababların duelində “Sauthempton” “Vulverhempton”la görüşdə önə keçsə də, əzmkar qələbə qazanan qonaqlar turnir cədvəlində rəqibi üstələyib.

“Vest Bromviç”in qonağı olan “Mançester Yunayted” autsayderin müqavimətini qıra bilməyib.

Uğursuz mövsüm keçirən “Arsenal” turnir cədvəlindəki qonşusu “Lids”lə dueldən qalib ayrılıb. “Topçular”ın forvardı Pyerr-Emerik Obameyanq bu görüşdə het-trik edib.

Təhlükəli zonada qərarlaşan “Fulhem” isə Liverpulda gözlənilmədən “Everton”u üstələyib.

Tura fevralın 15-də keçiriləcək “Vest Hem” – “Şeffild Yunayted” (22:00) və “Çelsi” – “Nyukasl” (00:00) matçları ilə yekun vurulacaq.

İngiltərə Premyer Liqası
XXIV tur
14 fevral
“Sauthempton” – “Vulverhempton” – 1:2
İnqs, 25 – Neves, 53 (pen.), Neto, 66
“Vest Bromviç” – “Mançester Yunayted” – 1:1
Dian, 2 – Bruno Fernandes, 44
“Arsenal” – “Lids” – 4:2
Obameyanq, 13, 41 (pen.), 47, Belyerin, 45 – Struiyk, 58, Kosta, 69
“Everton” – “Fulhem” – 0:2
Maya, 48, 65












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru