Millimizdən İspaniyaya biabırçı məğlubiyyət - 0:13

19-02-2021, 00:48           
Millimizdən İspaniyaya biabırçı məğlubiyyət - 0:13
Qadınlardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

KONKRET.az xəbər verir ki, D qrupunda yer alan yığma 7-ci matçında Bakıda İspaniya ilə üz-üzə gəlib. “ASK Arena”dakı qarşılaşma qonaqların 13:0 hesablı qələbəsi ilə başa çatıb.

İspaniya seçməsinin heyətində qolları 21, 24, 30, 31 və 87-ci dəqiqələrdə Ester Qonsales, 33, 43, 67, 82 və 90+3-cü dəqiqələrdə Cennifer Hermoso, 57-ci dəqiqədə Mariona Kaldentey, 75-ci dəqiqədə Eva Navarro və 84-cü dəqiqədə Neraya Eysagirre vurub.

Bu nəticədən sonra xallarını 19-a çatdıran ispaniyalılar final mərhələsinə vəsiqəni təmin ediblər. Xalı olmayan Siyasət Əsgərovun başçılıq etdiyi kollektiv isə sonuncu pillədə qalıb.

Qeyd edək ki, yığma qrupdakı son matçını fevralın 23-də evdə Moldovaya qarşı keçirəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru