"Atletiko" və "Barselona" Suaresdən nəyi gizlədiblər?

20-02-2021, 10:23           
"Atletiko" və "Barselona" Suaresdən nəyi gizlədiblər?
"Atletiko" "Barselona"ya Luis Suares üçün 5 milyon avro təzminat ödəyib.

Qol.az xəbər verir ki, bu barədə "Diario Sport" nəşri məlumat yayıb. Bildirilib ki, uruqvaylı hücumçunun bundan xəbəri olmayıb.

Madrid klubu keçid üçün katalonlara 5 milyon avro ödəyib. Bundan başqa, daha 6 milyon avroya qədər bonus da ödənilə bilər. "Barselona" isə əvvəl bu transferlə bağlı təkcə bonuslar barədə məlumat verib.

"Barselona" Suaresi mövcud razılaşmasının son bir ilində klubda saxlamaq istəməyib. Bu səbəbdən oyunçu Kataloniya təmsilçisini azad agent kimi tərk etmək istəyib. Məhz buna görə transferin həqiqi qiymətinin açıqlanmadığı iddia edilib. Lakin klublar 34 yaşlı futbolçunun xəbəri olmadan 5 milyon avro ödəməyə razı olublar.
Xatıradaq ki, "Atletiko" ötən ilin sentyabrında Suaresi transfer edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru