Messi 2 qol vurduğu "Elçe"nin qapıçısından futbolkaları dəyişdirməyi xahiş edib FUTBOL

25-02-2021, 08:36           
Messi 2 qol vurduğu "Elçe"nin qapıçısından futbolkaları dəyişdirməyi xahiş edib FUTBOL
İspaniya La Liqasında I turdan təxirə salınmış oyun keçirilib.

"Report" xəbər verir ki, "Barselona" "Elçe"ni qəbul edib. Barselonada "Nou Kamp" stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

“Barselona”nın heyətində qolları 48 və 68-ci dəqiqələrdə Lionel Messi, 73-cü dəqiqədə Jordi Alba vurub.

Messi matçdan sonra "Elçe"nin qapıçısı Edqar Badiyə yaxınlaşıb və futbolkaları dəyişməyi xahiş edib.

"Barselona" İspaniya çempionatının 2020/2021 mövsümündə 50 xal yığıb və yarış cədvəlində 3-cü yerə yüksəlib. "Elçe" 21 xalla 19-cu yeri tutur. Turnirin lideri 55 xalı olan “Atletiko"dur.

"Barselona" növbəti turda "Sevilya" ilə qarşılaşacaq, “Elçe" "Qranada"ya qarşı oynayacaq.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru