"Barselona" İspaniya Kubokunun finalına vəsiqə qazandı

4-03-2021, 08:12           
"Barselona" İspaniya Kubokunun finalına vəsiqə qazandı
Bu gün İspaniya Kubokunun yarımfinal oyunu çərçivəsində "Barselona" və "Sevilya" klublarının cavab matçı keçirilib.

Trend-in məlumatına görə, "Kamp Nou" stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda qolları Usman Dembele, Jerar Pike və Martin Breytueyt vurublar.

Beləliklə, "Barselona" ilki qarşılaşmada məğlub olmasına baxmayaraq, İspaniya Kubokunun finalına vəsiqə qazanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.