"Liverpul" futbol klubu tarixində ilk dəfə ardıcıl beş ev oyununda məğlub oldu

5-03-2021, 08:04           
"Liverpul" futbol klubu tarixində ilk dəfə ardıcıl beş ev oyununda məğlub oldu
"Liverpul" futbol komandası ilk dəfə doğma stadionunda beş matç dalbadal məğlub oldu.

Trend-in məlumatına görə, martın 4-də İngiltərə Premyer Liqasının 29-cu turunda Yurqen Kloppun yetirmələri minimal hesabla (0:1) London "Çelsi" klubuna məğlub olublar. Komanda eyni zamanda "Börnli" (0:1), "Brayton" (0:1), "Mançester Siti" (1:4) və "Everton" (0: 2) ilə qarşılaşmalarda məğlub olub.

"Liverpul", həmçinin ardıcıl beş ev oyununda məğlub olan İngiltərənin ilk hazırkı çempionu oldu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru