Millimiz bu gün final mərhələsinə vəsiqəni təmin edə bilər

9-03-2021, 08:29           
Millimiz bu gün final mərhələsinə vəsiqəni təmin edə bilər
Futzal üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

"Report"un məlumatına görə, 3-cü qrupda yer alan yığma sayca dördüncü sınağında Moldova seçməsinin qonağı olacaq. Çoresku şəhərindəki "FMF Arena"da oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Qarşılaşmanın əsas referisi polşalı Damian Qrabovski olacaq. İkinci hakim funksiyasını onun həmyerlisi Dominik Tsipinski yerinə yetirəcək. Matçın üçüncü hakimi moldovalı Viktor Bugenko, UEFA nümayəndəsi isə serbiyalı Zoran Dimiç olacaq.

Avropa çempionatının seçmə mərhələsi

3-cü qrup

20:30. Moldova - Azərbaycan

Hakimlər: Damian Qrabovski, Dominik Tsipinski (Polşa), Viktor Bugenko (Moldova)

Çoresku, "FMF Arena".

Qeyd edək ki, 3 oyundan sonra Azərbaycan yığması 9 xalla 1-ci, Moldova 4 xalla 3-cü pillədə qərarlaşıb. Joze Alesionun başçılıq etdiyi kollektiv bu gün qələbə qazanacağı halda final mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin edə bilər.

Qrupda IV turun ilk matçında Yunanıstanı 5:0 hesabı ilə məğlub etmiş Slovakiya 7 xalla 2-ci pillədə yer alıb. Xalı olmayan Yunanıstan isə sonuncudur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.