İngiltərə Premyer Liqasında XXXIII turun bir oyunu keçirilib.
"Report"un məlumatına görə, lider "Mançester Siti" evdə "Sautgempton" klubu ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 5:2 hesablı qələbəsi ilə başa çatıb.
"Şəhərlilər"in heyətində Kevin De Bröyne və Riyad Mahrez dubl edib, digər qolu isə İlkay Gündoğan vurub. Qonaqlardan isə Ceyms Uord Prouz və Çe Adams fərqləniblər.
Qeyd edək ki, bu nəticədən sonra xallarını 68-ə çatdıran "Mançester Siti" zirvədəki yerini möhkəmlədib. "Sautgempton" isə 33 xalla 14-cü pillədə qalıb.