Şahmat çempionatında sensasiya: Karlsen uduzdu

20-03-2021, 08:19           
Şahmat çempionatında sensasiya:
Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi nüfuzlu “Champions Chess Tour” onlayn şahmat seriyasının dördüncü mərhələsinin finalçıları müəyyənləşib.

Axar.az xəbər verir ki, finala vəsiqəni niderlandlı Aniş Giri ilə rusiyalı şahmatçı Yan Nepomnyaşi qazanıb. Belə ki, yarımfinalın dörd partiyadan ibarət cavab matçında da niderlandlı Aniş Giri amerikalı şahmatçı Uesli So üzərində 2,5:1,5 hesab ilə qələbə qazanıb və finala vəsiqə əldə edib. Yarımfinalda norveçli Maqnus Karlsen ilə rusiyalı Yan Nepomnyaşi qarşılaşmasında qalib müəyyənləşmədiyinə görə oyun tay-breyk mərhələsi çərçivəsində davam edib. Tay-brekdə rusiyalı şahmatçı Maqnus Karlseni məğlub edərək finalda iştirak etmək hüququ qazanıb.

Qeyd edək ki, şahmatçılarımız Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təsnifat mərhələsində mübarizəni dayandırıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru