Bundesliqanıb 26-cı turunda "Şalke" ilə matç (4:0) "Bavariya"nın futbolçusu Robert Levandovski üçün əlamətdar olub.
Xeberoxu.Az ESPN-ə istinadən xəbər verir ki, 32 yaşlı görüşdə het-trik etməklə bu mövsüm vurduğu qolların sayını 42-yə yüksəldib. Bununla da o, ardıcıl 6 mövsüm 40 qol həddinə çatmağı bacarıb.
Polşalı oyunçu 2015/16 mövsümündə 42, 2016/17 mövsümündə 43, 2017/18 mövsümündə 41, 2018/19 mövsümündə 40, 2019/20 mövsümündə isə 55 dəfə fərqlənib.
Qeyd edək ki, Levandovski bu mövsüm 36 matça çıxıb.