İbrahimoviçin göz yaşları

22-03-2021, 22:59           
İbrahimoviçin göz yaşları
İsveç millisinin və "Milan"ın futbolçusu Zlatan İbrahimoviç karyerasını uzun müddət davam etdirməyi planlaşdırdığını söyləyib.

Qol.az xəbər verir ki, bu barədə 39 yaşlı hücumçu millinin düşərgəsində keçirilən mətbuat konfransında deyib: "Futbol üçün yaşımı çox gənc görürəm. Daha uzun illər futbol oynamağı planlaşdırıram".

5 illik fasilədən sonra milliyə yenidən çağırılan İbrahimoviç yığmaya geri döndüyü üçün çox xoşbəxt olduğunu vurğulayıb. O, konfrans zamanı göz yaşlarını saxlaya bilməyib.

"İsveçə gəlmək üçün oğullarımla vidalaşdım. Hətta oğlum Vinsent ağladı" - deyə o bildirib.

İbrahimoviç karyerasını "Milan"da davam etdirmək istədiyini də söyləyib: "Milan"ın futbolçularından ayrı qaldığım günlər, iki oğlumla uzaq qaldığım günlər kimidir. Hazırkı klubumda karyeramı davam edib futbolçuların inkişafına kömək etmək istəyirəm".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru