Messi qol sayına görə Ronaldunu keçdi

23-03-2021, 07:10           
Messi qol sayına görə Ronaldunu keçdi
Kataloniya "Barselona"sının hücumçu Lionel Messi İtaliya "Yuventus"unda çıxış edən Kriştianu Ronaldunu penaltidən vurulanlar nəzərə alınmamaqla, qol sayında üstələyib.

Trend-in məlumatına görə, argentinalı karyerasındakı qol sayını 734-ə çatdırıb. Bunların 97-si penaltidən, 637-si adi oyun vəziyyətində vurulub. Ronaldunun aktivində isə 770 qol var - bunların 635-i oyun vəziyyətində, 135-i penaltidən vurulanlardır.

Daha əvvəl Messinin bir çempionatda vurulan qol saylarına görə Pelenin rekordunu təkrarladığını bildiriblər. "Barselona" hücumçusu La Liqada, Pele isə Braziliya çempionatında - hərəsi 467 qol vurublar.

Xatırladaq ki, futbolçunun "Barselona" ilə müqaviləsi cari ilin yayənda bitir, yenisi isə hələ imzalanmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru