İspaniyanın "Barselona" komandasının baş məşqçisi Ronald Kuman növbəti mövsümdə də klubda işləməyə davam edəcək.
Bu barədə “Report” “Marca”a ya istinadən xəbər verir.
Məlumata görə, dünən – martin 23-də Kuman "Barselona"nın yeni prezidenti Joan Laporta ilə qeyri-formal görüş keçirib. Laporta niderland mütəxəssisə öz dəstəyini ifadə edib və bildirib ki, bundan sonra "Barselona"nın baş məşqçisi vəzifəsində Kumanı görmək istəyir.
Kuman 2020-ci ilin avqustunda "Barselona"ya rəhbərlik edib. Daha əvvəl mütəxəssis "Vitess", "Ayaks", "Benfika", PSV, "Valensiya", "AZ Alkmar", "Feyenoord", "Sautqempton", "Everton" kimi klublarda çalışıb, həmçinin Niderland milli komandasına başçılıq edib.
"Barselona" 28 matçda 62 xal yığıb və Primeranın yarış cədvəlində 2-ci yer tutur.