Çexiya və Norveçdən darmadağın, Fransa Ukraynanı məğlub edə bilmədi

25-03-2021, 07:15           
Çexiya və Norveçdən darmadağın, Fransa Ukraynanı məğlub edə bilmədi
Futbol üzrə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələyə start verilib.

"Report"un məlumatına görə, ilk oyun günündə 5 qrupda 12 oyun keçirilib. Açılış oyununda Türkiyənin Niderlandı 4:2 hesabı ilə yendiyi G qrupunda Norveç səfərdə Cəbəllütariqi darmadağın edib - 0:3. Latviya isə evdə Monteneqroya uduzub - 1:2.

Azərbaycan millisinin Portuqaliyaya səfərdə 0:1 hesabı ilə uduzduğu A qrupunda daha bir rəsmi oyun Serbiya və İrlandiya milliləri arasında olub. Görüş meydan sahiblərinin minimal fərqli qələbəsi ilə yekunlaşıb - 3:2. Mübarizəyə müsabiqədənkənar qatılan DÇ-2022-nin ev sahibi Qətər isə Lüksemburqu minimal hesabla yenib - 1:0.

D qrupunda Fransa Ukrayna üzərində qələbə qazana bilməyib - 1:1. Finlandiya - Bosniya və Herseqovina görüşündə də heç-heçə qeydə alınıb - 2:2.

E qrupunda Belçika evdə Uelsə 3:1, Çexiya isə səfərdə Estoniyaya 6:2 hesabı ilə qalib gəlib.

Nəhayət, H qrupunda Rusiya səfərdə Maltanı 3:1, Sloveniya evdə Xorvatiyanı 1:0 hesabı ilə yenib. Kipr - Slovakiya görüşü isə hesabın açılmadığı yeganə oyun olub.

DÇ-2022-nin seçmə mərhələsi

I tur

24 mart

A qrupu

21:00. Qətər - Lüksemburq - 1:0

Qol: Məhəmməd Muntari, 12

23:45. Portuqaliya - Azərbaycan - 1:0

Qol: Maksim Medvedev, 36 (öz qapısına)

23:45. Serbiya - İrlandiya - 3:2

Qollar: Duşan Vlaxoviç, 40. Aleksandar Mitroviç, 69; 75 - Alan Braun, 18. Ceyms Kollinz, 86

D qrupu

23:45. Finlandiya - Bosniya və Herseqovina - 2:2

Qollar: Teemu Pikki, 58; 77 - Miralem Pyaniç, 55. Miroslav Stevanoviç, 84

23:45. Fransa - Ukrayna - 1:1

Qollar: Antuan Qrizmann, 19 - Presnel Kimpembe, 57 (öz qapısına)

E qrupu

23:45. Belçika - Uels - 3:1

Qollar: Kevin De Bruyne, 22. Torqan Azar, 28. Romelu Lukaku, 73 - Harri Uilson, 11

23:45. Estoniya - Çexiya - 2:6

Qollar: Rauno Sappinen, 12. Henri Anier, 86 - Patrik Şik, 18. Antonin Barak, 27. Tomaş Souçek, 32; 43; 48. Yakub Yankto, 56

G qrupu

21:00. Türkiyə - Niderland - 4:2

Qollar: Burak Yılmaz, 15; 34 (pen.); 81, Hakan Çalhanoğlu, 46 - Devi Klaassen, 75. Lük de Yonq, 77

Dəqiq yerinə yetirilməmiş penalti: Memfis Depay, 90+5 (Niderland)

23:45. Cəbəllütariq - Norveç - 0:3

Qollar: Aleksander Sörlot, 43. Kristian Torstvedt, 45. Yunas Svensson, 57

23:45. Latviya - Monteneqro - 1:2

Qollar: Yanis İkaunieks, 40 - Stevan Yovetiç, 41; 83

H qrupu

23:45. Kipr - Slovakiya - 0:0

23:45. Malta - Rusiya - 1:3

Qollar: Cozef Mbonq, 56 - Artyom Dzyuba, 23. Mario Fernandes, 35. Aleksandr Sobolev, 90

23:45. Sloveniya - Xorvatiya - 1:0

Qol: Sandi Lovriç, 15












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru