8 şəhər UEFA-ya təminat verdi - Avro-2020

9-04-2021, 21:20           
8 şəhər UEFA-ya təminat verdi - Avro-2020
Avro-2020-nin oyunlarına ev sahibliyi edəcək 12 şəhərdən artıq 8-i azarkeşlərlə bağlı UEFA-ya təminat verib.

Bu barədə UEFA-nın saytı məlumat yayıb. Onların arasında Bakı şəhəri də var.

Xatırladaq ki, 2020-ci ildə keçirilməli olan Avropa çempionatı koronavirus pandemiyası səbəbindən bu il 11 iyun - 11 iyula təxirə salınıb. Avro-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.Bakı A qrupunun üç və 1/4 final mərhələsinin bir oyununu qəbul edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru