Teymur Rəcəbovun yeni rəqibi 17 yaşlı şahmatçı oldu

11-05-2021, 22:12           
Teymur Rəcəbovun yeni rəqibi 17 yaşlı şahmatçı oldu
Azərbaycanlı şahmatçı Teymur Rəcəbovun şahmat üzrə Çempionlar Turunun yeddinci mərhələsində rəqiblərindən birinin adı məlum olub.

Teref.az.az oxu.az-a istinadən xəbər verir ki, bu, hindistanlı Arçun Erikaisidir. 17 yaşlı şahmatçı dünən həmyerlisi Adiban Basukaranı 3,5:2,5 hesabı ilə məğlub edərək bu turnirdə oynamaq hüququ əldə edib.

Yeddinci mərhələ 26 iyun - 4 iyul tarixlərində baş tutacaq.

Qeyd edək ki, bundan öncə 23-31 may tarixlərində altıncı mərhələ keçiriləcək. Burada beşinci mərhələnin üçüncüsü Şəhriyar Məmmədyarovun iştirak etməyəcəyi dəqiqdir. İştirakçıların əksəriyyətinin adına bu həftə içində aydınlıq gələcək.

Xatırladaq ki, Teymur Rəcəbov bu turnirdə bütün mərhələlərdə topladığı 109 xalla üçüncüdür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru