Fatih Terim “Qalatasaray”laSuper Liqada 400-cü oyununa çıxıb

12-05-2021, 00:02           
Fatih Terim “Qalatasaray”laSuper Liqada 400-cü oyununa çıxıb
Türkiyə Super Liqasının 41-ci turunda “Dənizlispor”la səfər oyunu “Qalatasaray”ın baş məşqçisi Fatih Terim üçün əlamətdar olub.

Azmarka.az xəbər verir ki, “cim-bom” 67 yaşlı mütəxəssisin rəhbərliyi altında ölkə çempionatında 400-cü matçına çıxıb.

Terim 1996-cı ildən 4 müxtəlif dönəmdə “sarı-qırmızılılar”ın sükanı arxasına keçib. Komanda onun rəhbərliyi altında keçirdiyi 399 görüşün 251-də qələbə qazanıb, 91-də heç-heçə edib, 57 məğlubiyyət alıb. Bu oyunlarda 831 qol vuran İstanbul təmsilçisi özü 374 dəfə mərkəzə dəvət olunub.

Fatih Terim “Qalatasaray”a 8 dəfə Super Liqa çempionluğunu, 3 dəfə Türkiyə kubokunu, 3 dəfə Türkiyə Superkubokunu, 1 dəfə də UEFA Kubokunu qazandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru