"Sportinq" futbol üzrə Portuqaliya çempionu oldu 12-05-2021, 06:48 "Sportinq" futbol komandası Portuqaliya futbol çempionatının 32-ci turu çərçivəsində öz meydançasında "Boavişta"nı 1:0 hesabı ilə məğlub etdi.Trend xəbər verir ki, komanda 19 ildən sonra bu qələbə ilə 2020/21 mövsümünün ölkə çempionu oldu.Oyunda yeganə qolu 36-cı dəqiqədə Paulinyo vurub."Sportinq" turnir cədvəlində 82 xalla ledrdir. Ümumilikdə, komanda 19 dəfə ölkə çempionu olub. Facebook-da paylaş